"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasəndə “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar keçirilib

--2016-06-29 / 13:41

Xocasən qəsəbəsində Binəqədi Rayon icra Hakimiyyəti və Xocəsən Bələdiyyəsinin iştirakıyla “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar keçirilib.

Belediyye.infoya daxil olan məlumata görə,  Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçən ASAN Könüllülərinin də iştirak etdiyi tədbirdə “Multikulturalizm ili” çərçivəsində dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin əlaqəli qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb. 
ilk olaraq dini radikalizm və ektremizmə qarşı mübarizə sahəsi ilə əlaqədar olaraq bildirilib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsi vacib məsələdir. Bu məqsədlə, qəsəbə sakinləri, xüsusilə gənclərlə müvafiq sahə üzrə mütəxəssislərin, milli qəhrəmanların, ağsaqqalların və tanınmış din xadimlərinin görüşlərini təşkil etmək faydalı ola bilər.
Müzakirə olunan məsələlərdən biri də gənclərin zərərli vərdişlərdən, radikal və ekstremist meyllərdən uzaq olması üçün təhsil və mədəniyyət müəssisələri ilə əməkdaşlıq məsələsi olub.
Səhiyyə sahəsində, eləcə də qəsəbədə yerləşən iri sahibkarlıq subyektləri, ictimai birliklər və QHT-lərlə əməkdaşlıq çərçivəsində humanitar aksiyaların keçirilməsində bələdiyyələrin rolu mövzusunda da fikir mübadiləsi aparılıb.

Tədbir zamanı Xocəsən Bələdiyyəsində yeni yaradılmış ictimai-siyasi sektor haqqında məlumat verilib, ona rəhbərlik edəcək bələdiyyə qulluqçusu Pərvanə Gözəlova tədbir iştirakçılarına təqdim edilib. Tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Xocəsən Bələdiyyəsinin ictimai- siyasi sektoruna göstəriləcək metodoloji köməklik məsələləri də müzakirə olunub.

Belediyye.info

ŞƏRHLƏR